Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda şəhid məzarları ziyarət edilib

20 yanvar 2020 | 16:00

20 yanvar tarixdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB yanında Şuranın üzvləri, YAP Suraxanı rayon təşkilatının fəalları, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, sənaye müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri və ziyalıları rayonun Yeni Suraxanı qəsəbəsində “Vətən şəhidləri” abidə kompleksini, 20 yanvar faciəsinin şəhidləri Cəbrayıl Xanməmmədovun və Balahüseyn Mir Qəzəb oğlunun məzarlarını ziyarət edib.
Tədbirlər planına uyğun  olaraq rayonun bütün qəsəbələrində 20 Yanvar şəhidlərinin xatirəsi ilə bağlı ərazilərdə abadlıq və təmizlik işləri aparılır.
“Şəhidlər xiyabanı”, rayondakı şəhid məzarları və onların xatirəsinə ucaldılmış abidələr rayon ictimaiyyəti tərəfindən ziyarət olunur.

Keçidlər