Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Yariyev Elsevər Qalib oğlu

Soyad: Yarıyev
Ad: Elsevər
Ata adı: Qalib
Doğum tarixi: 25.10.1986
Şəhid olub: 30.09.2020
Rütbə: Kiçik çavuş

Elsevər Qalib oğlu Yarıyev 1986-cı il sentyabrın 25-də Xudat şəhərində anadan olub. 1993-2004-cü illərdə K. Məhərrəmov adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2009-cu illərdə isə Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kollecində təhsil alıb.

Kiçik çavuş hələ uşaqlıqdan hərbçi olmağı arzulayarmış. Bu sevgi ona atası, mayor Qalib Cəlaloğlundan keçib. Atası da Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub. Elsəvər Vətən müharibəsindən öncə Aprel döyüşlərində də iştirak edib. O, Vətən müharibəsi döyüşlərinə sentyabrın 28-i qatılıb. Elə həmin ayın 30-u Füzuli rayonu Alxanlı kəndi istiqamətdində düşmən üzərinə hücuma kecərkən həlak olub. Onun nəşi bir aydan sonra tapılaraq Xudat şəhərində dəfn edilib. Şəhidimizin özündən sonra iki- Qalib və Gülər adlıı övladları yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Yariyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Yariyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Keçidlər