Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Səfərov Şahmar Nazim oğlu

Soyad: Səfərov
Ad: Şahmar
Ata adı: Nazim
Doğum tarixi: 01.09.1997
Şəhid olub: 27.09.2020
Rütbə: Leytenant

Səfərov Şahmar Nazim oğlu 1997-ci il sentyabr ayının 1-də Şərur rayon Siyaqut kəndində dünyaya göz açıb.


2003-cü ildə Kosacan kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2011-ci ildə Heydər Əliyev adına Hərbi Liseydə təhsilinə davam edib, 2014-cü ildə bu liseyin məzunu olub. 2015-ci ildən Heydər Əliyev adına Akademiyada hərbi təhsilinə başlayıb, 2019-cu iildə müvəffəqiyyətlə akademiyanı bitirib. 2019-cu ildə leytenant rütbəsi alaraq tağım komandiri kimi xidmətə başlayıb.

27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində Kəlbəcər rayonu istiqamətində "Şahin-93" döyüş mövqeyi uğrunda gedən döyüşlərdə şəhid olub. Savaşın ilk günü şəhidlik zirvəsinə ucalan Şahmarın adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Şəhidimizin nəşi 52 gün sonra tapılaraq ailəsinə təhvil verilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyi üçün   “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Səfərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Şahmar Səfərov "Qarabağ" ordeni , "Hərbi xidmətlərə görə" medalı ilə də təltif olunub.

Səfərov Şahmar Nazim oğlu 18 noyabr 2020-ci il tarixində Bakıdakı İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Keçidlər