İqtisadiyyat
2019-cu il ərzində rayonda sənaye məhsulunun istehsalı 392,9 milyon manat, nəqliyyat xidmətləri 13,5 milyon manat, rabitə xidmətləri 1,95 milyon manat, iaşə dövriyyəsi 20,3 milyon manat olub, 203,9 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilib, 70,8 milyon manat investisiya cəlb edilib, pərakəndə ticarət şəbəkəsindən əhaliyə 1,157 milyard manatlıq əmtəə satılıb və 213,6 milyon manat məbləğində ödənişli xidmətlər göstərilib, orta aylıq əmək haqqı 676 manat təşkil edib, 5280 yeni iş yeri açılıb.
Dövlət başçısının tapşırığına əsasən keçmiş yod-brom zavodunun ərazisində çirklənmiş 67 hektar sahəsi təmizlənərək bərpa edilib, kollektor-drenaj sistemi qurulub, bu ərazidə 50 mindən çox müxtəlif növ ağac əkilərək böyük yaşıllıq zolağı salınıb.
Hazırda Hövsan qəsəbəsi, “Xəyal adası” yaşayış sahəsinə uzunluğu 5,5 km. olan yeni alternativ yolun çəkilişi işləri, Dənizkənarı küçəsində 1,3 km., Oqtay Şabanov və Elman Qasımov küçələrində 1,8 km., keçmiş Hövsan südçülük sovxozu ərazisinin mərkəzi küçələrində 3,5 km., Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə, Balandin, Park, Elxan Həsənov, Malik Mustafayev, Atamoğlan Rzayev küçələrinin 4,0 km-lik hissəsində əsaslı yol tikintisi və asfaltlama işləri aparılır, həmin küçələrdə bordürlar düzülür, yeni işıq dirəkləri quraşdırılır, avtobus dayanacaqları qurulur, Əmircanın küçələrində diametri 800 mm uzunluğu 1,9 km. olan yeni yağış-kanalizasiya kollektoru tikilir.
Yeni Suraxanı qəsəbəsinin bütün daxili yollarının əsaslı təmiri işləri davam edir. Eyni zamanda Yeni Suraxanı qəsəbəsinin kanalizasiya şəbəkəsi olmayan küçələrində 14,0 km. uzunluğunda kanalizasiyə xətlərinin çəkilişi işlərinə başlanılıb.
2019-cu ildə rayonun aidiyyəti idarələri tərəfindən 2 ədəd elektrik yarımstansiyasında transformatorlar daha güclüsü ilə əvəzlənib, 2520 metr kabel çəkilib, 17,5 km. qaz xətti çəkilib, əsaslı təmir olunub və ya dəyişdirilib, 25,3 min p.m. su və 2574 p.m. kanalizasiya xətti çəkilib, 2942 p.m. qəzalı su xətti və 35 ədəd siyirtmə dəyişdirilib, istilik sisteminə qoşulmuş 341 çoxmərtəbəli yaşayış binası, 19 məktəb, 18 uşaq bağçası və 12 səhiyyə obyektinin hər birinə qış mövsümündə istilik verilişi təmin olunub.
“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Əmircan qəsəbəsində yerləşən 97 və 154 saylı məktəblərin köhnə binalarının yerində yenilərinin tikintisi işləri davam etdirilir, Bülbülə qəsəbəsində 3 nömrəli uşaq incəsənət məktəbinin yeni binasında tikinti-quraşdırma işləri başa çatmaq üzrədir.
İDEA İctimai Birliyinin təşəbbüsü ilə "Bizim həyət" layihəsi çərçivəsində Hövsan qəsəbəsi İlqar Əhlimanov küçəsi 7, 8, 9,10, 10A, 10V, 10B ünvanlarda 4200 nəfər sakinin yaşadığı çoxmərtəbəli yaşayış binaları təmir olunaraq abad məhəllə salınib və 10 oktyabr 2019-cu il tarixdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyeva həyətin açılışında, o cümlədən kütləvi ağacəkmədə iştirak edib. Sözügedən layihə çərçivəsində Hövsan qəsəbəsi, E.Məmmədov küçəsində 7 bina, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsində 12 bina, Samir Cəfərov küçəsində 14 bina olmaqla, ümumilikdə 15 hektar ərazini əhatə edən, 10 000-ə yaxın əhalinin yaşadığı 156 girişli 33 binada və məhəllələrdə abadlıq işləri aparılır.
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksində yaşayış və digər təyinatlı binaların tikintisi işləri başa çatdırılmış və mənzillərin satışına başlanılib.
Ölkənin hər yerində olduğu kimi, Suraxanı rayonunda da ekoloji vəziyyətinin yaxşılaşdırılması, ətraf mühitin sağlamlaşdırılması, yeni yaşıllıq zolaqlarının salınması istiqamətində görülən işlərin miqyası artmış, 2019-cu il ərzində rayon ərazisində 70,8 min ədəd ağac əkilmiş, neft əməliyyat şirkətləri tərəfindən ümumi sahəsi 2,0 hektar olan müxtəlif ölçülü 28 gölməçə qurudulmuş, lay suları və neftlə çirklənmiş 16,4 hektar torpaq sahəsi təmizlənərək bərpa olunmuş, 46 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənərək abadlaşdırılmış, “Qum adası”nın şərq hissəsində 10 hektar ərazi metal və digər bərk tullantılardan təmizlənmiş, Əmircan-Qaraçuxur yolunun sol tərəfində 2 hektar qamışlıq mədən ərazisi torpaqla doldurulmuşdur.
8 aprel tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və RİH-in birgə təşkilatçılığı ilə yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara 2000 ədəd müxtəlif cinsli ağacların tingləri paylanib.
6 dekabr tarixdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə bir gündə 650 min ağac əkilmiş, Suraxanı rayonunda 4300 nəfərin iştirak etdiyi aksiyada 10100 ədəd şam və meyvə ağacları əkilib.
26 fevral tarixdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevanın iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Qaraçuxur qəsəbəsi, “Neftçilər” parkında 613 ağac əkilib.
|
Müəssisənin adı |
Fəaliyyətə başladığı dövr və fəaliyyət növü |
1. |
“Bahar Enerji” əməliyyat şirkəti |
1962-ci ildə “Qum adası” neftqazçıxarma idarəsi kimi yaradılmış, 2010-cu ildə əməliyyat şirkətinə çevrilmiş, əsas fəaliyyəti – xam neftin və qazın hasılatı təşkil edir. |
2. |
ARDNŞ-in “Kompleks Qaza İşləri” Trestinin “Qazmaservis və Logistika” idarəsi |
1949-cu ildə yaradılmışdır. “Bahar”, “Qum adası”, “Hövsan” sahələrində qazma işlərini aparır. |
3. |
“Azneftkimyamaş” ASC-nin “Suraxanı maşınqayırma zavodu” TASC |
1925-ci ildə istismara verilmişdir. “Azneftkimyamaş” ASC-nin “Suraxanı maşınqayırma zavodu” TASC Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 649 saylı sərəncamı ilə ləğv edilmiş “Azneftkimyamaş” Dövlət Şirkətinin tabeliyində olmuş Suraxanı maşınqayırma zavodunun bazasında yaradılmışdır. Zavod neft mədən avadanlıqlarının istehsalı üzrə ixtisaslaşmış sənaye müəssisəsidir. Zavodun əsas istehsal etdiyi məhsullar aşağıdakılardır: stanqlı quyu nasosları, kəsici klapanlar, qazlift avadanlıqları, qazlift klapanları, quyu tros alətləri, neft mədən avadanlıqlarının ehtiyyat hissələri. İstehsal olunan məhsullar İSO-9001 Beynəlxalq standart setifikatı almışdır. Azərbaycanda maşınqayırma sənayesinin inkişafında xidmətlərinə görə nin “Suraxanı maşınqayırma zavodu” TASC İdarə heyətinin sədri Arif Babayev Azərbaycan Respublikası Prezidentinin 24 may 2007-ci il tarixli 2201 saylı sərəncamı ilə “Şöhtər ordeni” ilə təltif edilmişdir. |
4. |
“ATEF Qrup” “ATEF Transformator” MMC |
1961-ci ildə istifadəyə verilmiş “Bakı Mayesiz Transformatorlar” zavodu bazasında yaradılmışdır və elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanmasında və istehlakda istifadə edilən elektrotexniki avadanlıqların istehsalı üzrə ixtisaslaşdırılmışdır. |
5. |
“Suraxanıoyl” Əməliyyat Şirkəti |
Suraxanıoyl” Əməliyyat Şirkəti 2006-cı il 02 aprel tarixdə “Suraxanıneft” Neftqazçıxarma idarəsinin bazasında yaradılmış, xam neftin və qazın hasilatı ilə məşğul olur. |
6. |
ARDNŞ-in “Azneft” İB-nin Dalma qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat müəssisəsi |
Müəssisə 1967-ci ildən fəaliyyət göstərir. Əsas fəaliyyət növü – dalma elektrik nasos qurğularının təmiri və kirayəsi təşkil edir. |
8. |
“Bakı Neft Mədən Avadanlıqları” ASC |
Müəssisə 1901-ci ildə Moskva-Kavkaz neft sənayesi və ticarəti şərikli təşkilatının nəzdində Nobel qardaşları tərəfindən neft-mədən avadanlıqlarının təmiri ilə məşğul olan emalatxana kimi yaradılmışdır. Neft-mədən avadanlıqlarının istehsalı üzrə Bakı maşınqayırma zavodunun bazasında 11-07-2001-ci ildən “Bakı Neft Mədən Avadanlıqları” ASC yaradılmışdır. Müəssisə neft-mədən avadanlıqlarının, onların ehtiyat hissələrinin istehsalı, bütün tip qazma nasoslarının, oymaqsız dərinlik nasoslarının və siyirtmələrinin əsaslı təmiri işləri ilə məşğuldur. |
9. |
Hövsan Aerasiya Stansiyası |
30.12.1987-ci il tarixdən fəaliyyət göstərir.2009-cu ilin dekabrın 25-də əsaslı şəkildə yenidən qurulmuş. Hövsan Aerasiya Stansiyasının açılışı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mərasimdə iştirak etmişdir. Əsaslı yenidənqurma işləri başa çatdıqdan sonra stansiyanın sutkalıq gücü 480 min kubmetrdən 640 min kubmetrə çatmışdır. 283 nəfər işçisi var. |
10. |
“Bakı Taxıl Terminalı” MMC |
Müəssisə 2007-ci ilin may ayından fəaliyyətə başlayıb, əsas fəaliyyət növü – taxılın tədarükü və satışıdır. |
11. |
“Bakı Balıq Dəniz Limanı” ASC |
“Bakı Balıq Dəniz Limanı” ASC 29 mart 2001-ci il tarixdən 1960-cı illərdə yaradılmış müəssisənin nəzdində fəaliyyət göstərir. Əsas fəaliyyəti kilkə balığının ovu və konservləşdirilməsidir. |
12. |
“Bakı Tikinti Materialları” ASC |
“Bakı Tikinti Materialları” ASC 1952-ci ildə fəaliyyətə başlamış müəssisənin nəzdində 30 aprel 2001-ci ildən etibarən fəaliyyət göstərir.Əsasən keramit və kərpic istehsal edir. |
14. |
“Abşeron Operating Company Limited” əməliyyat şirkətinin filialı |
2008-ci ildən başlayaraq fəaliyyət göstərir. Fəaliyyət növü – xam neftin və qazın hasilatıdır. |
15. |
“Bakı Neft Cihazları” ASC |
1939-cu ildən fəaliyyət göstərən Bakı Təcrübə Eksperimental zavodun nəzdində 2002-ci ilin dekabr ayından “Bakı Neft Cihazları” ASC kimi fəaliyyət göstərir. Neft Mədən avadanlıqlarının istehsalı və təmiri ilə məşğuldur. |
16. |
“Gön Xırdavat” ASC |
1970-ci ildən fəaliyyət göstərən “Gön Xırdavat” fabriki 1998-ci ildən Dövlət Əmlak Komitəsinin 132 saylı sərəncamına əsasən “Gön xırdavat” ASC-yə çevrilmişdir. Hal-hazırda müəssisənin bəzi sexləri icarəyə verilir. |
17. |
Suraxanı Dəmiryolu stansiyası |
1926-cı ildən fəaliyyətə başlayıb,7 km. məsafədə 4 stansiya fəaliyyət göstərir. |
18. |
“Bakı Toxuculuq” ASC |
Bülbülə toxuculuq fabrikinin nəzdində 1998-ci il tarixdən ASC yaradılmışdır. Hal-hazırda müəssisə fəaliyyət göstərmir, bəzi sexlər icarəyə verilib. |
19. |
“Neftqaztikinti” trestinin xüsusi texnika idarəsi AZ-1018, Zığ qəsəbəsi, |
“Xəzərdəniznefttikinti” Trestinin nəzdində təşkil olunub, xüsusi texnikaya malik NQT trest XTİ-i 2007-ci ildən fəaliyyətə başlayıb. |
20. |
“Transqeyt” MMC |
2008-ci ildən fəaliyyət göstərir. Şəhərdaxili sərnişin daşıma ilə məşğul olur. |